Avropa İttifaqı (Aİ) Ukrayna hərbçilərinin hazırlanması üzrə fəaliyyətlərin mərhələli şəkildə Ukraynaya ötürülməsini nəzərdən keçirə bilər.
Bu barədə DPA agentliyi iyulun 20-də Aİ xarici işlər nazirlərinin görüşü üçün hazırlanmış Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik üzrə ali nümayəndəsi Cosep Borrelin təkliflərini əks etdirən sənədə istinadən xəbər verir.
DPA-nın məlumatına görə, Borrell Ukrayna Silahlı Qüvvələri üçün hərbi təlim proqramını əhəmiyyətli dərəcədə genişləndirməyi təklif edib. Beləliklə, şərait imkan verərsə, təlim fəaliyyətinin mərhələli şəkildə Ukraynaya köçürülməsi imkanları nəzərdən keçirilə bilər.
Bundan əlavə, Borrell Kiyevə silah və texnikanın tədarükü üçün əlavə milyardlar ayırmağı tövsiyə edir.