“Qarabağ” bu gun ” Linkoln”i qəbul edəcək

0

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

İctimairey.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” cavab oyununa çıxacaq.

Ağdam təmsilçisi Cəbəllütariq çempionu “Linkoln”la münasibətlərinə aydınlıq gətirəcək. Qurban Qurbanovun kollektivi rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Albaniyalı hakim Eldorjan Hamitinin idarə edəcəyi görüş saat 20:00-da start götürəcək.

Komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyunda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu

19 iyul

20:00. “Qarabağ” (Azərbaycan) – “Linkoln” (Cəbəllütariq)
Baş hakim: Eldorjan Hamiti (Albaniya)
Bakı Olimpiya Stadionu

Leave A Reply

Your email address will not be published.

Tərcümə »