Krımda partlayış – Sakinləri təxliyə olunur

0

İşğal altında olan Krım regionunun qondarma rəhbərliyi yanan silah-sursat anbarının yaxınlığındakı dörd yaşayış məntəqəsinin sakinlərini təxliyə edir.

Bu barədə regionun qondarma rəhbəri Sergey Aksenov bildirib.

O, yarımadanın şərqində yerləşən poliqon ətrafındakı ərazilərdən dörd yaşayış məntəqəsinin 2 min sakininin təxliyə olunacağını açıqlayıb.

Məlumata görə, hazırda Kirovski rayonundakı təlim poliqonunda Rusiya ordusunun silah-sursat anbarı yanır. Yanğına güclü partlayış səbəb olub.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »