İsrail Mərakeşin Qərbi Saxara üzərində suverenliyini tanıyıb.
Bu barədə “Tayms of İsrail” qəzeti məlumat yayıb.
“İsrailin Baş naziri Benyamin Netanyahu Mərakeşə məktub göndərərək ölkənin Qərbi Sahara üzərindəki suverenliyini tanıdığını bildirib”, – məlumatda deyilir.
Bundan əvvəl krallıq İsrailin Mərakeşin mübahisəli bölgəyə nəzarətini tanıyacağını və orada konsulluq açmağı nəzərdən keçirəcəyini bildirmişdi.