O, istefasının səbəblərini sosial səhifəsində açıqlayıb:
“Mən Əlövsət Talışxanlı bu gündən ADR partiya sədrinin müavini, İdarə Heyəti sıralarından və partiyadan istefa verdiyimi bəyan edirəm.
İstefanın səbəblərini uzun yol keçmiş əqidədaşlarıma və ictimaiyyətə çatdırmağı özümə borc bilirəm. Parlaq dürüst niyyətlə siyasətə gəldik ki, sivil dünyanın axarında addımlayaq. Müsavatdan ayrılanda belə düşündük ki, ziyalı bir intelektual bir təşkilat quraq. İlk yaranışımızda konstruktiv, radikalizmdən uzaq yol tutsaq da sonrakı zananlarda təşkilat bir qrup primitiv düşüncəli siyasətbazların və keçmişi.kriminala bağlı üzvlərin təsir dairəsinə keçdi. Düşündüyümüzün əksi olaraq təşkilatda qeyri səmimiyyət hökm sürdü. Çox təəssüf olsun ki, təşkilat siyasi intiriqa bacarığından savayı nəyisə anlamayan və yalnız neqativ düşüncəyə sahib fürsətçilərin təsir dairəsinə düşdü. Fikir pluralizmi, sərbəst düşüncə tərzimiz təqib olundu.
Hər birimizin bilməyə və əməl etməyə borclu olduğumuz amma çox təəssüf ki neqativə yüklənmiş digərlərinin əməl etmədiyi ortaq dəyərimiz olan nizamnamə qanunundan yox imtiyazdan istifadəyə üstünlük verildi. Təşkilatı demokratiya üçün təhlükəsiz sivil bir duruma gətirə bilmədik. Siyasi əxlaq baxımından deməliyəm ki, ADR partiyasında Azərbaycan ictimai siyasi həyatında xüsusi çəkisi və imzası olan və yüksək əxlaqi dəyərlərə malik insanlarla yanaşı normal düşüncə tərzindən uzaq qaraguruh və kriminal baxışlar hökm sürür və ritorikaları ilə öndədilər.
Hər anımızın sonu görünməyən indidə nə təkmilləşə bildik nə də mübahisələrdə keçirəcək vaxtımız qalmadı. Çox təəssüf edəcək bir keçmişlə başa vurmamaq naminə yeganə əlimdən alına bilinməyən istefa mədəniyyətinə üz tutmaq zoru ilə üzləşdim”.