Hindistanın şimalında yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində 100-dən çox adam ölüb.
Bu barədə “India Today” telekanalı məlumat yayıb.
Təbii hadisədən daha çox Himaçal-Pradeş əyaləti zərər çəkib. Burada çoxsaylı sürüşmə müşahidə olunub, yaşayış məntəqələri su altında qalıb. Şimal ştatlarında nəqliyyatın hərəkəti dayandırılıb, nəticədə 300-ə yaxın turist hələ də dağlarda qalıb.
Ümumilikdə təbii fəlakət nəticəsində ştatda 80-ə yaxın insan həlak olub. Hazırda yağışlar, demək olar, dayanıb.
Hazırda xilasetmə və bərpa işləri aparılır.
Comments are closed.