Fransa Ukraynaya hərbi yardımı artırdı

0

Fransa Ukraynaya hərbi yardımı 170 milyon avro artırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov tviterdə yazıb.

İyulun 11-də Vilnüsdə Ukrayna və Fransanın müdafiə nazirləri hərbi yardımın artırılması haqqında saziş imzalayıblar.

Reznikov qeyd edib ki, Ukraynaya silahların alınması və tədarükü prosesi də sadələşdiriləcək. Bundan əlavə, ehtiyat hissələrinin birgə istehsalı və xarici silahlara texniki xidmət yaradılıb.

Daha əvvəl bildirilib ki, 11 ölkə Kiyevlə ukraynalı pilotların hazırlanması üzrə bağlı memorandum imzalayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »