Vaqnerçilərin üsyanının Priqojin və Putin dramının son fəsli olduğunu düşünmürəm.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken deyib.
O, bu üsyanı Putinin nüfuzuna və Ukrayna müharibəsinə qarşı çağırış adlandırıb:
“Putin indi açıq-aşkar nə isə etməyə çalışır. Düşünmürəm ki, biz dramın axırıncı fəslini gördük. Priqojin üsyanı Rusiyanın daxili işidir. Bu, qeyri-adi hadisə idi. 16 ay əvvəl Rusiya Kiyevin kəndarında idi. İndi isə bir neçə həftə öncə Putinin özünün yaratdığı muzdlular Moskvanın kəndarına gəlmişdilər”.