“İlham Əliyev dünyanı Azərbaycanla hesablaşmağa məcbur etdi”

0

Azərbaycan gücləndikcə, inkişaf etdikcə, xüsusən də 44 günlük müharibədə Ermənistanın işğalçılıq siyasətinə son qoyaraq, torpaqlarını azad etdikdən sonra rəsmi Bakıya xaricdən təzyiqlər daha da artdı. Lakin bütün bu təzyiqlər, hədələr Azərbaycan və onun Prezidentini yolundan döndərə bilmədi. Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti, regionda və dünyada tutduğu qətiyyətli mövqeyi ona qarşı çevrilən bütün hədəfləri məhv etdi.

Bunu Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov deyib.

QHT sədri qeyd edib ki, Azərbaycan Prezidentinə indiyədək təzyiqlər çox olub – “futbol diplomatiyası” və Türkiyə-Ermənistan sərhədinin aşılması istiqamətində protokollarla bağlı Barak Obamanın təzyiləri nəticəsiz qaldı və Azərbaycan bu prosesə imkan vermədi. Soros tərəfindən müxtəlif ssenarilər hazırlandı, “rəngli inqilab” ssenarisinə belə qərar verildi, İlham Əliyev bu təzyiqləri də dəf edərək bütün planların qarşısını qətiyyətlə aldı. “Milyanerlər ittifaqı” yaradaraq təzyiq cəhdləri oldu, İlham Əliyevin qətiyyətli mövqeyi qarşısında bu ittifaq da dağıdıldı: “Dünyanın ermənipərəst mövqeyli dövlətləri, Şimal, Cənub qonşumuz tərəfindən edilən təzyiqlər, müxtəlif beynəlxalq təşkilatların Azərbaycanla bağlı qərəzli bəyanatları, Qarabağın “tanınması” ilə bağlı ortaya atılan siyasi oyunlar, sərhəddə təxribatlar, səfirliyimizə edilən terror hadisəsi və digər hədələyici addımlar boşa çıxdı. Çünki, İlham Əliyev ağıllı, regionda və dünyada balanslı bir siyasət həyata keçirdi.

Bütün bu təzyiqlərin məqsədi Azərbaycanda qüdrətli dövlət və güclü Prezidentin olmasına imkan verməmək, dövlətçiliyi məhv etmək idi. Çünki bilirdilər ki, İlham Əliyev ata vəsiyyətinə və xalq qarşısındakı vədinə əməl edərək Qarabağı azad edəcək. Amma Qərbdən, Şərqdən, Şimaldan təzyiqlər və “5-ci kolonlar”ın səyləri nəticə vermədi və İlham Əliyev həm dövləti qorudu, həm də torpaqları azad etdi. Belə bir təlatümlə dövrdə, dövlətlərin üçüncü dünya müharibəsi astanasında olduğu bir vaxtda İlham Əliyev kimi güclü liderin olması Azərbaycanın şansıdır. İlham Əliyev dünyanı Azərbaycanla hesablaşmağa məcbur etdi. Azərbaycanın mövqeyini dünya birliklərində, miqyasında möhkəmləndirdi. Azərbaycana qarşı olan qüvvələrin bütün məkrli planları iflasa uğradı. Bu xalq-hakimiyyət birliyinin, xalqın öz liderinə olan inam və etibarın nəticəsidir”.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »