“Ermənistan kapitulyasiya aktını məcburiyyətdən imzalayıb” 

0

Əslində erməni xislətinə, erməni təfəkkürünə bələd olan hər kəs bilir ki, bu xüsusiyyətlər dəyişilməzdir. Cənubi Qafqaza bunları yerləşdirəndə artıq bəlli idi ki, bu keçmişi qaranlıq qaynaqlara söykənən tayfadan Qafqazda müəyyən qüvvələrin çirkin planlarını həyata keçirmək üçün istifadə ediləcək.

Zaman-zaman biz və dünya ictimaiyyəti bunun şahidi olub.

Bunu “Xalq Cəbhəsi”nə “Yeni Xətt Sosial Tədqiqatlar Mərkəzi”nin sədri, politoloq Ramil Hüseynov deyib

Politoloqun fikrincə, Ermənistan kapitulyasiya aktını məcburiyyətdən imzalayıb. Bizim şanlı, qəhrəman, sarsılmaz, şucaətli ordumuz və mükəmməl, qətiyyətli, cəsarətli diplomatiyamız bunu diktə edib və bu akt təsdiqlənib. Amma bildiyimiz kimi Rus sülməramlılarının mövqe tutduğu yerlərdə onların kölgəsində hərdən özlərini unudurlar, 44 gündə baş verənləri unutmağa cəhd edirlər: “Biz bilirik, onları bu unutqanlığa sövq edən amillər var. Təbii biz öz siyasi strategiyamız və çevik diplomatiyamızı hərbi və siyasi müttəfiqlərimizlə birgə hazırki dönəmin reallıqlarına uyğun aparmalıyıq və hesab edirəm belədir. Bəzən siyasətdə addımlar qarşı tərəflərin siyasi xarakterlərinə uyğun atılır zamanı çatanda bunun nəticələri özünü göstərir. Tam əminliklə bildirmək istəyirəm, erməni xalqı ağıllı tərpənməli, hərbi birləşmələrini ərazimizdən çıxarmaq üçün öz siyasi rəhbərlərindən tələb etməlidir ki, gələcəkdə rahat yaşamaları üçün münbit şərait yaransın”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »