ABŞ-da atışma – Naməlum şəxs insanlara atəş açaraq qaçıb – Yaralılar var

0

ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində bu gün səhər saatlarında baş verən kütləvi atışma nəticəsində azı 9 nəfər yaralanıb.

 İlkin məlumata görə, şübhəli şəxs bir qrup şəxsə atəş açaraq, hadisə yerindən qaçıb. 

Klivlenddə baş verən kütləvi atışmada azı 9 nəfərin güllələndiyi və yaralandığı bildirilir. Ölənlər barədə məlumat verilməyib. Polis cinayətkarı axtarır. Atışma zamanı polis əməkdaşları çox da uzaqda olmadığı üçün cəld hadisə yerinə gəlib və zərərçəkənlərə yerindəcə ilkin tibbi yardım göstəriblər. Klivlend Polis Departamentinin sözçüsü Cennifer Ciaccia mediaya açıqlamasında:

“Müstəntiqlər yaxınlıqdakı təhlükəsizlik kameralarından dəlilləri və videoları nəzərdən keçirirlər. Həmçinin MetroHealth Tibb Mərkəzinə aparılan zərərçəkənlər dindirilir”- bildirib. Xatırladaq ki, iyunun 30-da Kişinyov beynəlxalq hava limanında da atışma olub. Atəş açan şəxs havaya bir neçə dəfə atəş açıb və özünə hava limanının içərisində barrikada qurub. Atışma təhlükəsizlik baxımından ölkəyə buraxılmayan 43 yaşlı Tacikistan vətəndaşı tərəfindən açılıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »