Ermənistanda 44 günlük müharibə ilə bağlı parlament komissiyası baş nazir Nikol Paşinyandan sonra kimin dindiriləcəyinə qərar verib.
Modern.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, komissiya növbəti dəfə separatçı qurumun “prezidenti” Arayik Arutyunyanı dəvət etmək istəyir.
Daha sonra qondarma rejimin keçmiş “müdafiə naziri” Calal Arutyunyan və Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan nəzərdə tutulub.
Tonoyan bir gün əvvəl məhkəmədən komissiyanın işində iştirakına icazə verilməsini xahiş edib.