Dövlət Gömrük Komitəsinin Akademiyası “Məzun günü” keçirib – Fotolar

0

Dövlət Gömrük Komitəsinin Akademiyası 2022/2023-cü tədris ili üzrə “Məzun günü” keçirib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, gömrük sisteminin qurulması və inkişafı məqsədilə müəyyənləşdirilən strateji hədəflər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə reallaşdırdığı düşünülmüş, məqsədyönlü siyasət gömrük orqanlarının ölkəmizin milli və iqtisadi təhlükəsizliyinin qorunmasında əhəmiyyətli rola malik olan mühüm dövlət təsisatlarından biri kimi formalaşmasına şərait yaratdı.

O da qeyd olundu ki, 2014-cü ildən fəaliyyətə başlayan Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları qısa zaman kəsiyində fəaliyyət göstərdikləri sahələr üzrə müasir bilik və bacarıqlara yiyələnərək ölkəmizlə yanaşı, xaricdə də Azərbaycanı uğurla təmsil edirlər.

Elm və Təhsil nazirinin müavini İdris İsayev, Dövlət Gömrük Akademiyasının rəisi Qulu Novruzov, BP şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ölkəmizdə təhsilə göstərilən hərtərəfli dövlət qayğısından bəhs edib, Dövlət Gömrük Komitəsinin Akademiyasında yaradılan şəraitin, əldə olunan nəticələrin də bunun bariz nümunəsi olduğunu vurğulayıblar.


Tədbirdə çıxış edən müəllimlər, valideynlər və məzunlar Gömrük Akademiyasında müasir təhsil metodları əsasında hərtərəfli biliklərə yiyələnən mütəxəssislərin hazırlandığını, bu təhsil ocağının ölkəmizin təhsil sistemini mühüm töhfələr verdiyini bildiriblər.
Daha sonra Akademiyanı bitirən tələbələrə məzun vərəqələri verilib.

Qeyd edək ki, 2022/2023-ci tədris ili üzrə Akademiyanı bakalavriat səviyyəsi üzrə 100, magistratura üzrə 8 nəfər bitirib.

Sonda məzunların hazılrladığı musiqili kompozisiya nümayiş etdirilib.




Leave A Reply

Your email address will not be published.

Tərcümə »