Bu, Rusiyanı yeni pisliyə ruhlandırır – Zelenski

0

Bütün dünya başa düşməlidir ki, ümumi təhlükəsizlik bütünlüklə Zaporojye AES-də işğalçıların hərəkətlərinə qlobal diqqətdən asılıdır. Rusiyanın Kaxovka SES-də törətdiyi terror aktına dünyanın genişmiqyaslı reaksiyasının olmaması Kremli Zaporjye AES-də yeni cinayət törətməyə ruhlandıra bilər.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Təəssüf ki, Kaxovka SES-ə qarşı törədilmiş terror aktına vaxtında və genişmiqyaslı reaksiya verilmədi. Və bu, Kremli yeni pisliyə ruhlandıra bilər. Bunu dayandırmaq dünyada hər kəsin borcudur”, – Zelenski vurğulayıb.

Zelenskinin sözlərinə görə, Rusiya aydın şəkildə dərk etməlidir ki, dünya terrorçuların hansı ssenarilərə hazırlaşdığını görür.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »