Zelenski: “Ukraynanın NATO-ya üzvlüyü Baydendən asılıdır

0

Ukraynanın NATO-ya üzvlüyü Baydenin qərarından asılıdır.

“Report”un xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində deyib.

Volodimir Zelenski ABŞ Prezidenti Cozef Baydeni Ukraynanı yalnız müharibə bitdikdən sonra Alyansa üzv ola bilsə belə, indi NATO-ya dəvət etməyə çağırıb.

Zelenski qeyd edib ki, Bayden ölkənin Şimali Atlantika Alyansına üzv olub-olmayacağına qərar verən şəxsdir. “O, NATO-dakı gələcəyimizi dəstəkləyir, lakin indi dəvət Ukrayna əsgərləri üçün böyük dəstək olardı”, – Zelenski deyib.

“Ukrayna anlayır ki, ölkə müharibə bitənə qədər NATO-ya qəbul edilməyəcək, lakin vətəndaşlar üçün bu məsələdə müttəfiqlərin dəstəyini hiss etmək vacibdir”, – Prezident əlavə edib.

“Biz hamımız başa düşürük. Amma bu siqnal həqiqətən çox vacibdir. Və bu, Baydenin qərarından asılıdır”, – o vurğulayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »