Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ı Müstəqillik Günü münasibətilə təbrik edib.
Bu barədə Xarici İşlər Nazirliyinin Tvitter səhifəsində paylaşım edilib.
“4 iyul – Amerika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibətilə ABŞ hökumətini və xalqını səmimi qəlbdən təbrik edir və ən xoş arzularımızı bildiririk! Biz ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşəcəyinə ümid edirik”, – paylaşımda qeyd olunub.