Qarabağdakı separatçı rejim Bakıya öz nümayəndələrini göndərmək istəyir. Amma, Rusiya tərəfi buna imkan vermir. Qondarma rejimin başçısı Arayik Arutunyan situasiyanın çətinliyini qəbul edib, çıxılmaz vəziyyətə qalib.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Rusiya Qarabağda silahli erməni birləşmələrinin əli ilə təxribatlara əl atır. Bakıda da olmasa, Ağdamda separatçılar görüşməyə məcbur olacaqlar:
“Azərbaycan birbaşa Rusiyanın iştirakı olmadan ünsiyyətdə maraqlıdır. Məhz Laçın yolunda NBM ermənilərin dinc şəraitdə keçidi separatçılarıda düşünməyə məcbur edir. Arayik Arutunyan özünə təhlükəsizliyi zəmanətin verilməsində maraqlıdır. Rusiya prosesi sabotaj edir. Qarabağda reinteqrasiya prosesinə, birbaşa ünsiyyətə mane olan Rusiya sülhməramlı qüvvələridir.
Ermənistan hakimiyyəti separatçıların danışaqlara getməsi üçün xəbərdarlıq edirlər. ABŞ Ermənistanda səfiri Qarabağda ermənilərin Azərbaycanın tərkibində qalmasının zəruriliyini vurğuladı. Yaxın aylarda Azərbaycanın Xankəndi və ətrafında yuridiskiyası bərpa olunacaq”.