COP28 ən inklüziv COP olacaq

0

Keçən həftə London İqlim Fəaliyyəti Həftəsi 2023 baş tutdu.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək COP28-in Prezidenti Dr. Sultan Əl Cabir London İqlim Fəaliyyəti Həftəsi 2023 çərçivəsində Əlahəzrət Kral III Çarlz, Böyük Britaniya hökumətinin nazirləri, texnologiya və maliyyə sahəsində sənaye liderləri və universitet tələbələri ilə görüşdü.

Bu barədə İctimairey.az-a BƏƏ-nin Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, Dr. Sultan Əl Cabir dünya liderlərinə COP28-dən əvvəl iqlim maliyyəsi islahatını həyata keçirməyə və texnologiyanın inkişafını sürətləndirməyə dair çağırışını yenidən etdi:

“Gənclərə müraciətində COP28-in Prezidenti dedi ki, “sizin nəsliniz çox önəmlidir, çünki siz iqlim dəyişikliyinin ən böyük problemlərindən bəzilərini miras alacaqsınız və eyni zamanda bir çox həll yollarını təqdim edəcəksiniz”.

O, həmçinin Gənc İqlim Nümayəndələri Proqramı kimi təşəbbüslər vasitəsilə “heç vaxt prosesə daxil edilməyən və iqlim fəlakətlərini öz gözləri ilə görmüş ölkələrdən gələn gənclər üçün imkanlar” təqdim etməklə, COP28-i indiyə qədər ən inklüziv COP etmək öhdəliyini bir daha bildirdi.

Qeyd edək ki, Gənc İqlim Nümayəndələri haqqında məlumatı COP28 saytında tapa bilərsiniz: https://www.cop28.com/en/youth-delegates

Leave A Reply

Your email address will not be published.

Tərcümə »