ABŞ-ın İran nümayəndəsi vəzifəsindən UZAQLAŞDIRILDI

0

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Melli məxfi sənədlərlə düzgün işləməməklə şübhəli bilinərək vəzifəsindən uzaqlaşdırılıb.

Modern.az CNN-ə istinadən xəbər verir ki, Mellinin işi Dövlət Departamenti tərəfindən araşdırılır.

Bildirilib ki, yoxlama başlayandan bir müddət sonra Melli məxfi sənədlərə çıxışını itirsə də, öz vəzifələrini yerinə yetirməyə davam edib, lakin cümə axşamı günü o, ödənişsiz məzuniyyətə buraxılıb.

Robert Melli məlumatı CNN-ə təsdiqləyib: “İstintaqın təhlükəsiz və tezliklə başa çatacağını gözləyirəm”.

Qeyd edək ki, Mellinin vəzifələrini indi müvəqqəti olaraq Abram Paley icra edir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »