Bakıdan Oğuza toya gəldi, oteldə öldü

0

Oğuzda yerləşən oteldə ölüm hadisəsi baş verib.

Hadisə Oguz şəhər ərazisində yerləşən “Səma” oteldə qeydə alınıb.

Belə ki, Bakı şəhəri Yasamal rayon sakini 1966-ci il təvəllüdlü Quliyev Sübhan Ağakişi oğlu bu gün səhər oteldə ürəktutmasından vəfat edib.

Məlumata görə, 57 yaşlı S.Quliyev Bakıdan Oğuza toy şənliyində iştirak etmək üçün gəlib. Toydan çıxıb oteldə qalarkən özünü pis hiss edib. Gecə saatlarında hətta ona Təcili Tibbi Yardım çağrılaraq iynə də vurulub. Bu gün səhər otel əməkdaşları onu otağında ölmüş vəziyyətdə aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »