Moskvada antiterror əməliyyatı rejimi tətbiq olundu

0

Moskva şəhərində və Moskva və Voronej vilayətlərində mümkün terrorm aktlarının qarşısının alınması məqsədilə antiterror əməliyyatı rejimi tətbiq olunub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Antiterror Komitəsindən məlumat verilib.

Qeyd edək ki, bir qədər öncə Moskva meri Sergey Sobyanin Rusiyanın paytaxtı Moskva şəhərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə yönəlmiş antiterror tədbirləri həyata keçirildiyini açıqlamışdı.

“Yollarda əlavə nəzarət tətbiq edilib. Kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırıla bilər. Xahiş edirəm, qəbul edilmiş tədbirlərə anlayışla yanaşın”, – mer bildirmişdi.

Xatırladaq ki, üsyan qaldırmış vaqnerçilərin Moskvaya hərəkət etdiyi bildirilir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »