Azərbaycan Ordusu güclüdür, yenilməzdir

0

Azərbaycanda ordu quruculuğu istiqamətində ilk addımlar onun dövlət mustəqilliyi bərpa etdiyi dövrdən başlansa da, müasir dövrün qlobal təhlukəsizliklə bağlı çağırışlarına rəğmən modern və güclü ordunun təşkili, onun təchizatı, milli zabit kadrlari ilə təminatı, nəhayət, döyuş və müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində hərtərəfli düşünülmüş və məqsədəmüvafiq şəkildə həyata keçirilən siyasət ümummilli lider Heydər Əliyevin adi və fəaliyyəti ilə bağlıdır.

Bunu “Xalq Cəbhəsi”nə politoloq Elşən Manafov deyib.

Politoloq bildirib ki, müstəqillliyini bərpa etdiyi dövrdən Ermənistanın təcavüzünə məruz qalmış Azərbaycan üçün ordu quruculuğu, onun qısa zaman kəsimində formalaşması dövlətçiliyimiz üçün xüsusi əhəmiyyət kəsb edirdi: “Lakin mustəqilliyimizin ilk dövrlərindən etibarən Azərbaycanda hakimiyyət uğrunda gedən mübarizə, AXC- Müsavat hakimiyyəti dövründə ordu rəhbərliyinə səriştəsiz, hərbi savadı və akademik təhsili olmayan şəxslərin gətirilməsi, ordu quruculuğu kimi dövlət əhəmiyyətli işin konyuktur maraqlar, firqə, partiya maraqları naminə arxa plana keçirilməsi, vahid Komandanlığının mahiyyət etibari ilə olmaması, ordunun təchizatı, orduda nizam intizamin zəifliyi, qeyri-qanuni hərbi birləmələrin “özfəaliyyəti”, milli zabit kadrlarının çatışmazlığı bizim 1-ci Qarabağ müharibəsindəki məglubiyyətimizin əsas səbəblərindən oldu. Məhz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra yuxarıda sadalanan neqativ amillərin aradan götürülməsi istiqamətində ardıcıl və məqsədəyönümlu siyasət həyata keçirilməyə başladı. Əsrin kontraktının imzalanmasından sonra ölkəyə cəlb edilmiş yeni investisiyalar, dövlət büdcəsindən ordunun təchizatı ilə bağlı məsələlərə vəsaitlərin həcminin əhəmiyyətli şəkildə artırılması, ordu rəhbərliyinə səriştəli zabit kadrlarının gətirilməsi, milli zabit kadrları hazırlayan hərbi təyinatlı təhsil müəssisələrinin açılması, döyüş təlimlərinin ardıcıl şəkildə keçirilməsi nizam- intizamın güclənməsinə, döyüş ruhunun yüksəlməsinə səbəb oldu”.

E.Manafovun sözlərinə görə, ümummili liderin siyasi varisi prezident İlham Əliyev tərəfindən bu kurs uğurla davam etdirildi. Hərbi Sənaye Nazirliyi yaradıldı, ordunun təchizatı daha da yüksəldi, nəticə etibarilə Azərbaycan ordusu döyüş qabiliyyətinə, hərbi gücünə görə Cənubi Qafqazin ən qabaqcıl, dünyanın isə 63- cü ordusuna çevrildi: “Azərbaycan ordusunun illik büdcəsi Ermənistanın dövlət büdcəsindən artıq vəziyyətə gətirildi və məhz bu ordu 44 günlük müharibədə düşmən üzərində müzəffər zəfər və qələbə qazanaraq 30 ildən yuxarı erməni işğalı altında olan torpaqları azad etdi və bu ərazilərdə dövlət suverenliyimiz bərpa olundu”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »