Danimarka hökuməti ABŞ-dən ukraynalı pilotların F-16 qırıcılarında təlim keçməsinə dəstək verməsini xahiş edib.
APA-nın məlumatına görə, bu barədə cümə axşamı keçirdiyi brifinqdə Pentaqonun sözçüsü Patrik Rayder bildirib.
“Biz Danimarkadan F-16-ların hazırlanmasında yardım üçün sorğu almışıq ki, bu da gözlənilən idi. Hazırda bu məsələ nəzərdən keçirilir”, – o deyib.
Rayder xatırladıb ki, Danimarka və Hollandiya F-16-dan istifadə etmək üçün ukraynalı pilotların təlimini koordinasiya edən Avropa koalisiyasına rəhbərlik edir.