Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi Krım da daxil olmaqla Rusiya ərazisinə HIMARS və “Storm Shadow” raketləri ilə zərbələr endirməyi planlaşdırır.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu hərbi idarənin kollegiyasının iclası zamanı deyib.
Bundan əlavə, Şoyqu qeyd edib ki, Kiyev NATO mütəxəssislərinin hazırladığı elit birləşmələrdən, eləcə də çoxlu sayda Qərb silahlarından istifadə edərək Cənubi Donetsk, Zaporojye və Donetsk istiqamətlərində hücumlara cəhd etməkdə davam edir.