Aktual.ge xəbər verir ki, Baş nazir jurnalistlərə açıqlamasında Gürcüstanın Aİ namizədi statusuna layiq olduğunu qeyd edib.
“Səfər zamanı mən öz dostlarımıza hökumətin atdığı addımlar haqqında danışmışam. Avropa Komissiyasına tam hesabat təqdim edilib. Mən düşünürəm ki, biz təmkinlə qərarı gözləməliyik. Mən onlara bildirdim ki, Avropada və dünyadakı hazırkı vəziyyət, Ukraynadakı dağıdıcı müharibə gündəliyi tamam dəyişib. Gürcüstanı uzaqlaşdırmaq Qərbin strateji səhvi olardı və bu, nə Qərbin, nə də Gürcüstanın marağına deyil”.
İrakli Qaribaşvili qeyd edib ki, namizəd statusunun verilməsi ölkədə qütbləşməyə son qoya bilər.