Kanadada təyyarə qəzaya uğrayıb, ölən və yaralananlar var

0

Kanadanın Britaniya Kolumbiyası əyalətində kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb, daha ikisi yaralanıb.

“Report” xəbər verir ki, bu barədə SBC telekanalı məlumat yayıb.

Hadisə Vankuver adasındakı Tofino hava limanından 111 km aralıda baş verib. Təyyarə düşdükdən sonra alovlanıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri məlum deyil.

Qəzanın səbəbləri müəyyənləşdirilir

Leave A Reply

Your email address will not be published.

Tərcümə »