Ukraynada dağıntıların səbəbkarı Rusiyadır, ona görə də respublikanın bərpası üçün maliyyə məsuliyyəti daşıyacaq.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“Lakin o vaxta qədər biz ölkəsini qorumağa çalışan Ukrayna xalqını dəstəkləməyə davam edəcəyik”, – o bildirib.
Qeyd edək ki, AB diplomatiyasının rəhbəri Josep Borrell də həmkarları ilə hərbi əməliyyatlar zamanı zərər çəkmiş Ukraynanın bərpası üçün Rusiyanı pul ödəməyə məcbur etməyin hüquqi əsaslarını müzakirə etməyi planlaşdırdığını bildirib.