AZƏRTAC rus dili üzrə redaktor və tərcüməçi vəzifələrinə vakansiya elan edir.
Redaktor vəzifəsinin funksiyalarına aşağıdakılar daxildir:
– Azərbaycan dilindən rus dilinə tərcümə edilmiş xəbərlərin redaktəsi;
– Rus dilində yazılan və redaksiyaya daxil olan materialların buraxılışa hazırlanması;
– Vacib xəbərlərin operativ tərcümə edilməsinin təşkili;
– Tərcümələrin və müxbir yazılarının vaxtında buraxılışa verilməsinin təmin edilməsi;
– Materialların tərcüməçilər arasında bölüşdürülməsinə və tərcümənin icrasına nəzarət edilməsi;
Ali təhsilli, Azərbaycan və rus dillərini mükəmməl bilən, redaktor kimi mətbuatda azı 5 il iş təcrübəsi olan şəxslər bu vəzifəni tutmaq üçün müraciət edə bilərlər.
Namizədlərdən özləri haqqında məlumatı iyulun 12-dək [email protected] ünvanına göndərmək və məktubun “mövzu” bölməsində vakansiyanın adını yazmaq xahiş olunur.
Tərcüməçi vəzifəsinin funksiyalarına aşağıdakılar daxildir:
– Azərbaycan dilindən rus dilinə xəbərlərin yazılı tərcümə edilməsi;
– Tərcümənin rus dilində yüksək səviyyədə yerinə yetirilməsi;
– Redaktorun tapşırıqlarının operativ həyata keçirilməsi;
Ali təhsilli, Azərbaycan və rus dillərini mükəmməl bilən, azı 5 il iş təcrübəsi olan şəxslər bu vəzifəni tutmaq üçün müraciət edə bilərlər.
Namizədlərdən özləri haqqında məlumatı iyulun 10-dək [email protected] ünvanına göndərmək və məktubun “mövzu” bölməsində vakansiyanın adını yazmaq xahiş olunur.
Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaq.