Əmək müqaviləsi ilə çalışanların sayı azdır – Nazir

0

“İllik 7 milyard manata yaxın vəsait məşğulluq, əmək və sosial məsələlərə yönəldilib”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “İnsan Resursları Zirvəsi 2023” tədbirində deyib.

O bildirib ki, özünüməşğulluq çərçivəsində 62 min ailədə kiçik və mikro biznes qurulub: “Qarşıda duran çağırış daha da artıb. Əhalinin artımı dövlət qarşısında məşğulluğun artırılması istiqamətində böyük tələb qoyub. Hər il 100 min gənc əmək bazarına daxil olur”.

Nazirin sözlərinə görə, son illərdə əmək müqavilələlərinin sayı 30 faiz artırılsa da, hələ də məşğul əhali arasında əmək müqaviləsi ilə çalışanların sayı azdır.

O, həmçinin vurğulayıb ki, qarşıdakı illərdə bu məsələyə xüsusi diqqət yetiriləcək: “Qeyri-formal əməyin aradan qaldırılması və əmək haqqılarının leqallaşdırılması istiqamətində işlər aparılacaq”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »