Tbilisi və Bakı bu gün sərhədin delimitasiyası ilə bağlı qeyri-rəsmi məsləhətləşmələr aparır.
Modern.az “Sputnik”ə istinadən xəbər verir ki, Gürcüstan və Azərbaycan ümumi sərhədin üçdə biri ilə bağlı razılığa gəlməyiblər.
Ən ağrılı mövzu qədim Keşikçidağ (David Qareci) monastır kompleksi və Erisimedi kəndidir.
“Bakı və Tbilisi arasında monastırın alban və ya gürcü mədəniyyət abidəsi olması barədə fikir ayrılığı var”, – deyə qeyd olunub.