AZƏRTAC tərcüməçi AXTARIR

0

AZƏRTAC tərcüməçi vəzifəsinə vakansiya elan edib.

Modern.az iş barədə məlumatları təqdim edir:

– Azərbaycan dilindən rus dilinə xəbərlərin yazılı tərcümə edilməsi;

– Tərcümənin rus dilində yüksək səviyyədə yerinə yetirilməsi;

– Redaktorun tapşırıqlarının operativ həyata keçirilməsi;

– İş vaxtı növbəli.

Namizəd ali təhsilli olmalı; Azərbaycan və rus dillərini mükəmməl bilməli; Tərcüməçi kimi 5 il iş təcrübəsi olmalı; xəbər mətnlərinin üslubunu bilməli; kompüterdə mətni sürətli yığa bilmək bacağına malik olmalı; komandada işləyə bilməlidir.

Namizədlərdən özləri haqqında məlumatı 2023-cü il iyulun 10-dək vakansiya@azertac.az ünvanına göndərmək və məktubun “mövzu” bölməsində vakansiyanın adını yazmaq xahiş olunur.

Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »