Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində bir sıra strateji əhəmiyyətli yüksəkliklərdə nəzarətə nail olub.
Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Quru Qoşunlarının komandanı Aleksandr Sırski teleqramda məlumat verib.
“Bizim planlarımızda mütəmadi olaraq korrektə işlərinə zərurət yaranır”, – o qeyd edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.