Hindistanın Azərbaycandakı səfirliyi “Yanardağ”da rəngarəng yoqa tədbiri keçirib

0

Hindistanın Azərbaycandakı Səfirliyi “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda təşkil olunmuş rəngarəng Yoqa tədbiri ilə mədəni tanıtım işində mühüm mərhələni qeyd edib.

Tədbirdə Azərbaycanın təbii irsinin gözəlliyi və qədim yoqa təcrübəsi ön plana gətirilərək mədəniyyət, tarix və sağlamlığın unikal vəhdəti əldə olunub.

Füsunkar təbii alovları ilə tanınan “Yanardağ” mənzərəli görüntüsü ilə yoqanın müalicəvi gücünü hamıya çatdırmağa yönəlmiş tədbirə ev sahibliyi edib. 50-yə yaxın yoqa həvəskarı mavi səma altında toplaşaraq təcrübəli yoqa təlimçisi İradə Əliyevanın rəhbərliyi altında özlərini yenidən kəşf etmək üçün səyahətə çıxıblar.

Hindistanın Azərbaycandakı Səfiri cənab Sridharan Madhusudhanan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun Baş Fond Mühafizəçisi Səbinə İmanova ilə birlikdə Ümumi Yoqa Protokolunun Azərbaycan dilində ən son nəşrini təqdim edib. O, salamlama nitqində yoqanın sağlamlığın möhkəmləndirilməsində rolunu vurğulayıb və iştirakçılara bu qədim təcrübəni öyrəndiklərinə görə təşəkkür edib.

Yoqaya başlayanlar üçün bələdçi rolunu oynayacaq Ümumi Yoqa Protokolunun Azərbaycan dilində dərc olunmuş yeni nəşrini Hindistan Səfirliyində pulsuz olaraq əldə etmək olar.

İştirakçılar “Yanardağ”ın sakit ab-havası fonunda İradə Əliyevanın rəhbərliyi ilə yoqa hərəkətlərini və sakitləşdirici nəfəs məşqlərini yerinə yetiriblər.

Tədbirə mədəni çalar qatan Solmaz Əsgərova hind rəqslərinin zərif ifası ilə tamaşaçıları valeh edib. Onun çıxışı Hindistanın zəngin mədəni irsinə bir baxış təqdim edib. Tədbirin sonunda iştirakçılara orijinal hind qəlyanaltıları təqdim olunub.

Beynəlxalq Yoqa Günü ərəfəsində təşkil edilən bu tədbir yoqanın gücünü, mədəni mübadiləni və birliyi nümayiş etdirib. Tədbir Azərbaycanın təbii gözəlliyini yoqanın transformativ gücü vəhdətdə ahəngdar şəkildə təqdim etməklə, Hindistan və Azərbaycan mədəniyyətləri arasında əlaqəni gücləndirib.


Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »