Kreml rəhbəri Vladimir Putin Rusiyanı zəifltmək üçün hər şeyi etdi. Bu, Qərb və Çinin maraqlarına uyğundur.
Axar.az xəbər verir ki, bu sözləri SSRİ DTK-nın və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşı Sergey Jirnov deyib.
O bildirib ki, Putin həm Qərb, həm də Çin üçün ən yaxşı “xəfiyyədir”:
“Öz fəaliyyəti ilə Rusiyanı çuxura saldı. Bu vəziyyət dünyanın bir sıra güclü dövlətləri üçün sərfəlidir. İndi o sözün əsl mənasında hər şeydən qorxur, çünki bütün dünyada ona nifrət edirlər”.