Türkiyə-Azərbaycan birliyi, qardaşlığı – bu, beynəlxalq faktordur, sabitlik, inkişaf və təhlükəsizlik faktorudur.
Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən geniştərkibli görüşdə deyib.
Dövlətimizin başçısı bildirib: “Prezident seçkilərində türk xalqının Sizə göstərdiyi inam bir daha Sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir. Siz bilirsiniz ki, Sizi Azərbaycanda, çox sevirlər. Siz bizim əziz qonağımızsınız”.