Bəyanatda deyilir:
“Bir gənc olaraq, şüarçılıq taktikası ilə fəaliyyət göstərən Müsavat Partiyasından ayrıldıqdan sonra Q. İbadoğlunun demokratik dəyərlər uğrunda mübarizə aparacağına inanaraq, ADR Hərəkatına qoşulmağa qərar verdim. 2015-ci ildə ADR Hərəkatının təsis yığıncağında iştirak etdim.
Yığıncaqdan bir müddət sonra ADR Hərəkatının rəhbərliyindən Naxçıvan Muxtar Respublikasında ADR Hərəkatının yaradılması barədə tapşırıq aldım.
Muxtar Rerspublikanın 5 rayonunda ADR-in Təşəbbüs qruplarının yaradılmasını üçün görüşlər keçirdim.
Sonra baş verən proseslər məni fikrimdən çəkindirdi.
Nələr baş verdi?
1. Təsis yığıncağında Q.İbadoğlu Azərbaycana dönəcəyinə aid söz verdi, amma sözünü tutmadı.
2. Nə Qubad İbadoğlu, nə də ADR rəhbərliyi Naxçıvan MR təşkilatı ilə maraqlanmadı, yalnız onlara təqdim etdiyimiz siyahıya rəğmən təşkilatların yarandığı bildirildi.
3. Q. İbadoğlu qiyabi olaraq, onlayn yolu ilə ADR-i şəxsi təsərrüffatı kimi idarə etməyə başladı.
4. O, ADR Hərəkatının sədri olmaqla yanaşı Ali Məclis sədrliyini də ələ keçirdi, daha sonra ADR-də 1-ci müavin postunu ləğv edərək avtoritar bir üsul-idarə yaratdı.
5. Ən əsası isə Q. İbadoğlu ADR-in təsis yığıncağında çıxış edərkən açıqladığı kursa sadiq qalmadı. O, bəyan etmişdi ki, ADR konstruktiv siyasət yürüdəcək, proqramlar hazırlanacaq, populizm və şüarçııqdan uzaqda dayanacaq.
Ancaq belə olmadı”.
Zakir Babayev bildirib ki, Q.İbadoğlu Londonda oturub bloqqer kimi radikal və populist çıxışları ilə ADR-in konstrktiv kursunun ziddinə getdi və bu gün də o fəaliyyətini davam etdirir:
“Gənc olsam da, anlayıram ki, Q.İbadoğlu sifarişlə bunu edir, xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan aldığı qrantlara rəğmən Azərbaycanda vəziyyətin gərginləşməsində maraqlıdır. Qızı Jalə Bayramova da eynən atası kimi xaricilərdən aldığı qrantdan yana Ermənistanı müdafiə edən bəyanata imza atanlardan biridir və LGBT dəstəkçisinə çevrilib.
Azərbaycanın milli adət-ənənələrinə, mental özəlliklərinə məhəl qoymayan birinin prezidentlik iddiasına düşməsi absurddur.
Belə bir durumda ADR-dən kənarlaşmaq qərarına gəldik. Bir vaxt Təşəbbüs Qrupu yaratdığımız adamlarla yenidən görüşdüm (onların bir neçəsi dünyasını dəyişib). Və qərar verdik ki, Naxçıvanda ADR Hərəkatı ləğv olunsun. Hər kəs biməlidir ki, bu gün Naxçıvanda ADR adlanan təşkilat yoxdur”.
Bəyanatda bildirilir ki, özü Azərbaycanın əleyhinə, övladı mentalitetimizin ziddinə fəaliyyət göstərəni Naxçıvan camaatı heç vaxt dəstəkləməyəcək:
“İnanırıq ki, Qubad İbadoğlunun gerçək kimliyindən xəbər tutanlar eynən bizim kimi hərəkət edəcək”.
Qeyd edək ki, Zakir Babayevin yaydığı bəyanatı Naxçıvan şəhəri üzrə Ceyhun Həsənov, Tahir Tahirov, Həqiqət Əhmədova, Əsgər Məmmədbəyli,
Şərur üzrə Qənbər Babayev, Xudu İsmayılov, Mətləb Əliyev, Fərman Həsənov, Əhəd Əhmədov, Rafiq Əliyev, Siyafər Həsənov, Şakir Əlisoy, Vaqif Həsənov, Babək rayonu üzrə Hidayət Vəliyev, Səfər Həsənov, Fərzəli Vahabov, Vəli Bağırov, Təcəddin Hənifəyev, Əli Həsənov, Niyazi Həsənov, Əsgər Orucov, Kəngərli üzrə Natiq Kərimoğlu, Tural Babayev, Həmid Hüseynov, Nizami Həsənov, Vahab Hüseynov, Əşrəf Eyvazov, Telman Babayev, Nəsir Eyvazov, Yansur Hüseynov, Şahbuz üzrə Namiq Mikayılov, Amin Məmmədov, Ceyhun Əliyev, Mmədqulu Əliyev, Mehparə Mikayılov, Firuzə Məmmədova, Sədərək üzrə Eyvaz Yediyarov, Məzahir Kərimov, Nurhalı Yediyarov, Mahir Kərimov, Mübariz Əliyev, Xanım Kərimova, Rüstəm Əliyev, Kamil Zyenalov imzalayıb.