Paşinyan çarəsizdir: Putini həbs etsin, ya yox?

0

Ermənistan Roma Statutunu ratifikasiya edib-etməmək problemini həll edə bilmir.

Axar.az xəbər verir ki, Roma Statutu Beynəlxalq Cinayət Məhkəməsinin əsasını təşkil edir və Ermənistan 1999-cu ildə buna imza atıb, ancaq 24 ildir ratifikasiya olunmayıb. Bu ilin 17 martında isə BCM Rusiya lideri Putinin həbsinə order verib. Beləliklə, Roma Statutuna qoşulan ölkə olaraq Ermənistan bu qərara əməl etməli və Putin ölkəyə daxil olarsa, onu həbs etməlidir.

BCM-in Putinin həbsinə qərar verməsindən bir həftə sonra – 24 mart 2023-cü ildə Ermənistan Konstitusiya Məhkəməsi Roma Statutunun ölkə Konstitusiyasına uyğun olduğu haqda qərar çıxarıb. Yəni imza atılan beynəlxalq qanunu ratifikasiya etmək üçün heç bir maneə və yaxud bəhanə qalmayıb. Konstitusiya Məhkəməsinin bu qərarından ən geci 3 ay müddətində saziş parlamentə göndərilməli və ratifikasiya olunmalıdır. Ancaq Ermənistan hökuməti sənədi hələ də göndərməyib, sənədi göndərməyəcəyi haqda məlumat da verməyib.

Erməni mediası yazır ki, Paşinyan hökuməti bu sənədin ratifikasiyasını ötən ilin dekabrında Azərbaycana görə tezləşdirməyə çalışıb. Guya səbəb Laçın yolu ilə bağlı beynəlxalq məhkəmənin qərarından Azərbaycana qarşı təzyiq kimi istifadə etmək olub. Ancaq Azərbaycan Roma Statutuna qoşulmadığından bu qərarı icra etmək öhdəliyi də yoxdur.

“Nikol Paşinyan daha bir anlaşılmaz davranış nümayiş etdirib: o, razılaşmanı parlamentə göndərməyib, bunun səbəbləri barədə komanda yoldaşlarına məlumat verməyi lazım bilməyib. Bu arada, saziş Konstitusiya Məhkəməsində olarkən, “mülki müqavilə” üzvlərinə Rusiya Prezidentinin əleyhinə cəsarətli bəyanatlar vermək tapşırılıb. Bu isə Kremlin kəskin reaksiyasına səbəb olub, diplomatik kanallarla sazişin ratifikasiya olunacağı təqdirdə pis nəticələri haqda xəbərdarlıq edilib”, – məlumatda bildirilir.

Qeyd edilir ki, hazırda Paşinyan çox pis vəziyyətdədir: imzalanan sazişdən imtina üçün heç bir səəb yoxdur, onun parlamentə göndərilməsi vaxtı da çatıb. belə vəziyyətdə Paşinyan nə edəcəyini bilmir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »