Ceyhun Bayramov Avstriya və Slovakiyaya işgüzar səfərə gedib

0

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında iştirak etmək məqsədilə Avstriya Respublikasına işgüzar səfərə yola düşüb.

Bu barədə  Azərbaycan XİN-dən bildirilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı, habelə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

İyunun 7-də nazir Ceyhun Bayramovun Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində isə Slovakiyanın xarici və Avropa işləri naziri Miroslav Vlaxovski, o cümlədən Slovakiyanın digər yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »