Ukraynanın əks-hücumunun ilkin fazası artıq bir müddətdir davam edir.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun istefada olan kapitanı Qriqori Tamar deyib.
O bildirib ki, cəbhənin müxtəlif məntəqələrində diversiya fəaliyyəti və dronların əməliyyatı əks-hücumun göstəricisidir.
Onun sözlərinə görə, uğurlu əks-hücum üçün əsas şərtlərdən biri düşmənin havada üstünlüyünü zərərsizləşdirməyə qadir müasir hava hücumundan müdafiə sistemlərinin olmasıdır:
“Düşməni məğlub etmək üçün uzunmənzilli sistemlər vacibdir ki, 300-500 kilometr məsafədə rusların arxa cəbhəsini nəzarətə götürməyə imkan versin”.
Q.Tamar həmçinin Ukrayna ordusunun əsasən texniki səbəblərdən qısa zamanda F-16 qırıcıları əldə etməyəcəyini və bunun əks-hücuma mane yaratmayacağını qeyd edib.