Müharibə iştirakçısı faciəvi şəkildə öldü

0

Vətən müharibəsi veteranı Səbuhi Ədalət oğlu Məmmədov faciəvi şəkildə vəfat edib.

S.Məmmədov Bakıda yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib.

2000-ci ildə Şirvan şəhərində dünyaya gəlmiş S. Məmmədov 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində iştirak edib. O, Xocavənd rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. S. Məmmədov torpaqlarımızın düşməndən təmizlənməsi əməliyyatlarında göstərdiyi igidlik və şücaətlərə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Xocavəndin azad edilməsinə görə” medalı ilə təltif edilib.

Bundan başqa, S.Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.

Qeyd edək ki, S.Məmmədov Report İnformasiya Agentliyinin əməkdaşı olub. O, agentlikdə montajçı vəzifəsində çalışırmış.

Allah rəhmət eləsin!

Leave A Reply

Your email address will not be published.

Tərcümə »