Zelenski əks-hücumun vaxtını TƏSDİQLƏDİ

0

Ukrayna Ali Baş Komandanın Qərargahının iclasında qoşunların hücum vaxtı ilə bağlı qərar təsdiqlənib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski vətəndaşlara axşam videomüraciətində bildirib.

O, iclasda Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının və əməliyyat bölmələri komandirlərinin məruzələrini dinləyib.

“Təkcə silah-sursatla təminat yox, yeni briqadaların təlimi deyil, taktikamız deyil, həm də vaxt. Ən vacibi budur. Necə hərəkət edəcəyimizin vaxtı. Edəcəyik. Qərarlar verilib” – Zelenski bildirib.

Prezident təlim keçmiş hərbçilərə təşəkkür edib. O, deyib ki, hazırda aktiv fəaliyyət və müdafiəni gücləndirmək üçün tərəfdaşlarla birgə addımlar atılır: “Torpaqlarımızın tam azad edilməsinin, dəyərlərimizin tam qorunmasının alternativi yoxdur, olmayacaq”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »