Gürçağ Altuğra İƏT Səhiyyə Nazirlərinin 5-ci iclasında iştirak edəcək
İctimairey.az xəbər verir ki, Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) səhiyyə naziri İzlem Gürçağ Altuğra Cenevrədə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Səhiyyə Nazirlərinin 5-ci iclasında iştirak edəcək.
KKTC Səhiyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanın ev sahibliyi ilə Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində Cenevrədə keçiriləcək İƏT Səhiyyə Nazirlərinin 5-ci iclasında İ.G.Altuğranı nazirliyin müşaviri Deren Oygar müşayiət edəcək.