Xorvatiyanın şimal-qərbində dağlıq ərazidə yüngül motorlu təyyarənin qəzaya uğraması nəticəsində dörd Hollandiya vətəndaşı həlak olub.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, Hollandiyada qeydiyyatda olan təyyarənin Xorvatiya sahillərindəki Pula şəhərinə uçarkən radarlardan itib. Qəzaya uğrayan təyyarənin qalıqları Oqulin şəhəri yaxınlığında tapılıb.