Ukraynalı hərbçilər artıq F-16-larla təlimə başlayıblar.
Modern.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borel deyib.
O, G7 ölkələrinin liderlərinin Ukraynaya F-16 qırıcılarının verilməsi ilə bağlı mövqeyini dəstəklədiyini bildirib.
“Ukraynalı pilotların təlimləri artıq başlayıb. Bu, görüləcək ilk işdir. Ümid edirəm ki, tezliklə biz Ukraynanı güclü silahlarla təmin edə biləcəyik”, – Borel bildirib.