“Sinan Oğan Ərdoğanı dəstəkləyəcək” – KİV

0

Ata Alyansından (Atatürk Alyansı) Türkiyə prezidentliyinə keçmiş namizəd Sinan Oğan mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək.

Bu barədə “Hürriyyət” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Sinan Oğan bu gün seçkilərin ikinci turunda prezident Ərdoğanı dəstəkləyəcəyini açıqlayacaq.

“O, Kılıçdaroğlunu dəstəkləməyəcəyini bəyan edəcək, çünki o, terror təşkilatlarını dəstəkləyir”, – deyə KİV-də qeyd olunub.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »