Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində ən hündür dağın Ararat (Ağrı dağı) deyil, Araqats olduğunu söyləyib.
Report xəbər verir ki, bu barədə Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında bildirib.
“Ararat və Araqatsdan söz düşmüşkən, mən Ermənistanın suveren ərazisi olan və ya olmayan ərazilərdən danışıram. Araqat Ermənistanda, Ağrı dağı isə Türkiyədədir. Türkiyə ilə bizim dəqiq müəyyən edilmiş sərhədimiz var. Pisdir, yoxsa yaxşıdır? Əlbəttə yaxşıdır”, – o, bildirib.
Baş nazir Ağrı dağı ilə bağlı məsələni Türkiyə tərəfdən baxmağı təklif edib:
“Ağrı dağı Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazisindədir. Ermənistanda uşaqlar bunu necə bilirlər?”
Paşinyan bunu hökumətin təhsil siyasətinin nəticəsi kimi qiymətləndirib:
“Uşaqlar Ermənistanın ən yüksək dağını Araqats yox, Ararat adlandırırlarsa, bu, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları olması deməkdir”.
Onun sözlərinə görə, belə halda Türkiyə Ermənistanın inkişafına kömək etməz və onu məhv etmək üçün hər şeyi edər:
“İndi isə sual verirəm: Ermənistanda ən yüksək dağ hansıdır? Cavab: Araqats”.