Bir həftə sonra Türkiyənin prezidenti o olacaq – Sorğu

0

Türkiyədə prezident seçkilərinin II turunda hansı namizədin seçiləcəyinə dair rəy sorğularının nəticələrinin açıqlanması davam edir.

Publika.az xəbər verir ki, müxtəlif şirkətlər tərəfindən keçirilən sorğuların əksəriyyətində Ərdoğan öndədir.

Son rəy sorğusu “AREDA Survey” şirkəti tərəfindən keçirilib.

Nəticələr belədir:

– Rəcəb Tayyip Ərdoğan: 52,4 faiz;

– Kamal Kılıçdaroğlu: 47,6 faiz;

10,491 nəfər arasında keçirilən sorğuya görə, iki namizəd arasındakı fərq 4,8 faizdir. Birinci turda fərq 4,6 faiz olub.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »