Böyük Britaniya Rusiya ilə əlaqəli 86 hüquqi şəxs və vətəndaşa qarşı sanksiyalar tətbiq edib.
“Unikal” xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.
Məlumata görə, yeni sanksiyalar Ukrayna taxılının oğurlanması ilə bağlıdır və həmçinin qabaqcıl hərbi texnologiya və Rusiyanın qalan gəlir mənbələrini hədəfləyir.
Bundan əlavə, enerji, metallurgiya, müdafiə, nəqliyyat və maliyyə sektorları ilə bağlı sanksiyalar genişləndirilib.
Böyük Britaniya həmçinin almaz, mis, alüminium və Rusiya mənşəli nikel idxalına qadağa elan edib.