Boşanmaların qarşısını almaq mümkün deyil – Parlamentin şöbə müdiri

0

“Heç bir halda boşanmaların qarşısını almaq mümkün deyil, zorla da bunun qarşısını almağa ehtiyac yoxdur”.

Bunu “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.

O qeyd edib ki, ailə institustunun möhkəmlərndirilməsi üçün bir cox təşkilati hüquqi tədbirlər görülür: “Bu davam edən və daim təkmilləşən proses olmalıdır. Huquqi baxımdan Milli Məclis bu istiqamətdə bir çox işlər görüb. Nikahqabağı tibbi müayinə, nikah yaşının qızlar üçün 18-dək yüksəldilməsi, erkən nikahlara görə cinayət məsuliyyətinin daha da sərtləşdirilməsi, ailə mübahisələrinin öncədən mediasiyada müzakirəsi və sair buna misaldır. Lakin heç bir halda boşanmalarım qarşısını almaq mümkün deyil. Hesab edirəm ki, zorla da bunun qarşısını almağa elə də ehtiyac yoxdur”.

Şöbə müdiri bildirib ki, boşanma situativ olaraq həyatın öz məhsulu olan təbii və sosial bir hadisədir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »