ABŞ-dan ilk F-16 qərarı: Sorğu daxil olsa…

0

ABŞ Prezidenti Co Bayden administrasiyası son həftələr avropalı müttəfiqlərinə siqnallar göndərir ki, F-16 qırıcılarının Ukraynaya tədarükünə mane olmayacaq.

Axar.az xəbər verir ki, bu barədə CNN mənbəyə istinadla məlumat yayıb.

Kanalın məlumatına görə, Ağ Ev Konqres üzvləri və müttəfiqləri tərəfindən döyüş təyyarələri ilə bağlı təzyiq altındadır:

“Rəsmilər bildiriblər ki, ABŞ öz F-16-larını Kiyevə göndərməsə belə, müttəfiqlər bunu istəsələr, administrasiya Ukraynaya təyyarə tədarükünü təsdiqləməyə hazırdır”.

Qeyd olunub ki, F-16-ların tədarükü ilə bağlı hələlik heç bir Avropa ölkəsindən sorğu göndərilməyib.

 18 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »